1 fevral 2026. Bazar günü

Qələbə qazana bilərdik amma ...


Qələbə qazana bilərdik amma ...
"Qələbə qazana bilərdik, çünki buna layiq idik, amma alınmadı". Corner.az xəbər verir ki, bunu Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə ilk oyunu (1:1) şərh edərkən deyib. 
 
İtalyan mütəxəssis, cavab görüşündə mübarizə son dəqiqəyə kimi davam edəcək.
 
Mançester Siti-nin topa sahib olması normaldır, lakin bu, bizi dəli etməməlidir. Qol vurduq və sonra yaxşı oynadıq, oyuna yaxşı nəzarət etdik və şanslarımız oldu. Keçirdiyimiz oyundan çox razıyıq və cavab matçında da bunu təkrarlayacağıq. Onlar daha çox istəyəcəklər, çünki evdə oynayırlar. Strategiya yaxşı idi və biz ikinci hissədə “Mançester Siti”yə yaxşı nəzarət etdik. Orada topu daha çox nəzarətdə saxladıq və daha çox qol imkanlarımız oldu. İlk hissədə top buraxılanda səbr etmədik. İkinci hissədə olduğu kimi ilk 20 dəqiqədə də topla bunu etmək mümkün oldu”. 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”