“Həqiqətən gərgin və çətin oyun oldu. Komandanı təbrik edirəm, çünki bu yarışmada və bu ssenaridə komandalar həmişə öz tarixlərinə, xüsusən də keyfiyyətlərinə görə çox çətin olurlar”. Corner.az xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə ilk oyunu (1:1) şərh edərkən deyib.
İspaniyalı çalışdırıcı azarkeşlərin dəstəyi ilə finala çıxacaqlarına inandıqlarını bildirib:
“Bəzən yaxşı şanslarımız oldu, amma bəzən asan olmadı, çünki “Real” topla yaxşı davranırdı. İkinci hissəyə yaxşı başladıq, amma rəqib önə keçəndə bunu edə bilmədik. Alaba və Rudriqer sol cinahdan çoxlu ötürmələr edirdilər, meydanın bu hissəsində rəqib yaxşıdır, amma sonra biz Kevin de Bruynenin səyi ilə fantastik qol vurduq. Bundan sonra daha bir neçə qol vurma imkanlarımız da oldu Qələbə qazanmağı çox istərdim, amma məndə belə bir hiss var idi ki, geniş nəticə gözləmirdim. İkinci oyunda nə etməli olduğumuz barədə bir planlm var. Erlinq Halandın oyununa gəlincə, Kroos və Valverdə ona çətin anlar yaşatdı”.