26 mart 2026. Cümə axşamı

Ağılmızdan və ürəyimizdən istifadə etməli olacağıq


Ağılmızdan və ürəyimizdən istifadə etməli olacağıq
"İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinal mərhələsində “Milan”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 47 yaşlı mütəxəssis futbolçuların üzərinə böyük yük düşəcəyini söyləyib:
 
“İlk oyuna ciddi yanaşırıq. Ağılmızdan və ürəyimizdən çpox yaxşı istifadə etməli olacağıq. Ürəyimizi ortaya qoyacağımızdan heç bir şübhəm yoxdu. Mübarizə 180 dəqiqə davam edəcək. Son 20 ayda yeddi derbi matçına çıxdıq. Bütün oyunlar bir-birindən fərqlidi. Futbolçular azarkeşlər üçün özlərini qurban verməlidilər".
 
İnzaqi bu mövsüm ÇL-də “Barselona” və “Bavariya” klubların yaratdıqları maneələrə də toxunub: “Barselona” və “Bavariya”nın olduğu qrupdan çıxdıq, bu yolda mühüm təcrübə topladıq. “Porto” və “Benfika” ilə daha iki çox çətin maneə ilə qarşılaşdıq, onları dəf etdik. Qarşıda daha biri var”.
 
İnzaqi “Milan”ın hücumçusu Rafael Leao amilini xüsusi vurğulayıb: “Leaonun güclü tərəflərini bilirik. O, meydana çıxsa, ehtiyat tədbirləri görəcəyik. Ancaq bu, ümumi oyun planına təsir etməyəcək. “Milan” futbol oynamağı bacarır, bu, sadəcə əks-hücumlar deyil. Biz hər cəhətdən yaxşı oyun ortaya qoymalıyıq”.
 
Qeyd edək ki, bu gün “San Siro”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"