26 mart 2026. Cümə axşamı

Riskə gedə bilmərik


Riskə gedə bilmərik
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinalında “İnter”lə keçiriləcək ilk oyundan əvvəl hücumçu Rafael Leaonun durumu ilə bağlı danışıb. Corner.az xəbər verir ki, 58 yaşlı çalışdırıcı portuqaliyalı forvardı riskə atmayacaqlarını deyib.

 “Rafael Leao oynamağa çalışacaq. Özünü yaxşı hiss etsə, start heyətinə düşə biləcək. Əks təqdirdə, ehtiyat oyunçular skamyasında belə yer almayacaq. Aydındı ki, riskə gedə bilmərik. Dünən o, planlaşdırılanı etdi, çalışdı. Onun iştirakına oyuna bir neçə saat qalmış qərar veriləcək”.

Təcrübəli mütəxəssis möhtəşəmən nəticə əldə etmək üçün çıxacaqlarını vurğulayıb: “Çempionlar Liqası komanda şəklində oynanılmalıdır əks halda məğlub olarıq. Əgər möhtəşəm nəticə əldə etmək istəyiriksə bunun üçün inanılmaz səylər göstərməliyik və biz də bunu etməyə çalışacağıq. Ümid edirəm ki, düzgün hazırlaşmağı, yalnız bundan sonra sevinib əylənməyi futbolçulara çatdıra bildim”.

Qeyd edək ki, “Milan” bu gün “San Siro”da əzəli rəqibi “İnter”i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"