23 oktyabr 2024. Çərşənbə

“Qarabağ”ın 9 mümkün rəqibi bəlli olub


“Qarabağ”ın 9 mümkün rəqibi bəlli olub

 Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki 9 mümkün rəqibi bəlli olub.


"Corner.az"ın məlumatına görə, püşkatma zamanı səpələnmişlərin siyahısında yer alacaq Ağdam təmsilçisi reytinqi aşağı komandalardan birinə rəqib olacaq.

Ümumiyyətlə, I raundun 32 iştirakçısından 22-si məlumdur. Püşk zamanı onlardan 10-u güclülər, 9-u zəiflər arasında olacaq. Digər 3 komandanın isə hansı səbətə düşəcəyi hələlik qeyri-müəyyəndir.

Püşkatmada hər səbətdə 16 klub yer alacaq.


“Qarabağ”ın isə Ermənistan çempionu ilə qarşılaşması mümkün olmadığından, Azərbaycan çempionu 15 komandadan birinə rəqib olacaq. İlkin mərhələnin qalibi də I raundda səpələnməmişlər arasında yer alacaq.

“Qarabağ” Çempionlar Liqasındakı ilk duelindən üstün ayrılsa, II təsnifat mərhələsində də səpələnmişlərin səbətində qərarlaşacaq.


UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:

“Breydablik” (İslandiya)

Monteneqro çempionu

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino)

“Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

BATE (Belarus)

“Astana” (Qazaxıstan)

“Jalgiris” (Litva)

HIK (Finlandiya)

“Flora” (Estoniya)

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

Səpələnməmişlər:

“Klaksvik” (Farer adaları)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Haken” (İsveç)

“Valmieras” (Latviya)

“Larne” (Şimali İrlandiya)

“Hamrun” (Malta)

“Hesperange” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

Qeyri-müəyyənlər:

“Olimpiya” (Sloveniya)

“Zrinski” (Bosniya və Herseqovina)

“Linkoln” (Cəbəllütariq)







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"