5 dekabr 2025. Cümə

Pioli: "Vəziyyəti dəyişəcəyik"


Pioli: "Vəziyyəti dəyişəcəyik"
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə keçiriləcək cavab oyunu barədə gözləntilərini bölüşüb.

Corner.az  xəbər verir ki, təcrübəli mütəxəssis ilk qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətə baxmayaraq, vəziyyəti dəyişəcəklərinə inanır.
 
Pioli “rossonyerlər”də əhvali-ruhiyyənin yüksək olduğunu söyləyib: “Hələ də yaxşı şanslarımızın olduğunu bilirik. Çətin vəziyyəti düzəltməyə çalışacağıq. Çox az adam bura qədər irəliləyəcəyimizi təsəvvür edə bilərdi. Ancaq indi finala çıxmaq istəyirik”.
 
O, ilk dəqiqədən sona qədər üstün çıxış etməyin önəmli olduğunu söyləyib: “Balanslaşdırılmış oyun nümayiş etdirməli, kompakt hərəkət etməliyik. Oyuna diktə etməyimiz vacibdi. İlk qolun nə qədər vacib olacağını başa düşürük. Qolun vurulma vaxtı önəmli deyil”.
 
Qeyd edək ki, bu gün keçiriləcək keçiriləcək “İnter” – “Milan” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”