23 oktyabr 2024. Çərşənbə

ÇL-də rekordlar, ilklər


ÇL-də rekordlar, ilklər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İngiltərə klubu “Mançester Siti” ilə İspaniya təmsilçisi “Real Madrid” arasında keçirilən UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyununda qeydə alınan rekordları və antirekordları açıqlayıb.

Corner.az Report.az’a istinadən istinadən xəbər verir ki, “şəhərlilər”in 4:0 hesabı ilə qalib gəldiyi görüş madridlilərin tarixinə “qara ləkə” kimi düşüb.

- “Real Madrid” ÇL-də “Mançester Siti” ilə səfərdə keçirdiyi 5 oyunun heç birində qalib gələ bilməyib (2 heç-heçə, 3 məğlubiyyət). “Şəhərlilər”i bu baxımdan “Milan” qabaqlayır. Çünki İtaliya təmsilçisi “kral klubu”nu avrokuboklarda qəbul etdiyi 7 qarşılaşmanın 5-də qələbə qazanıb, 2 dəfə heç-heçəyə razılaşıb.

- “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu turnirdə 191-ci görüşünü keçirib və Aleks Ferqyusona məxsus rekordu yeniləyib.

- Ançelotti rekord matçında karyerasının ən biabırçı məğlubiyyət antirekordunu təkrarlayıb. İtaliyalı mütəxəssis 2004-cü ildə “Milan”ın sükanı arxasında olarkən “Deportivo” önündə 0:4 hesablı məğlubiyyətə üzülüb.

- “Real Madrid” də turnirdəki ən ağır məğlubiyyət antirekordunu təkrarlayıb. Madridlilər 2009-cu ildə “Liverpul”la qarşılaşmada da eyni aqibətlə üzləşiblər. İspaniya nəhəngi ümumilikdə avrokuboklar tarixində 1965-ci ildə “Benfika”ya, 1980-ci ildə “Hamburq”a 1:5, 1989-cu ildə isə “Milan”a 0:5 hesabı ilə uduzub.

- “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ÇL-də 100-cü qələbəsini əldə edib. O, yalnız Karlo Ançelotti (107) və Aleks Ferqyusondan (102) geri qalır. Amma ispaniyalı buna ən erkən çatan məşqçidir. Ançelotti 180, Ferqyuson 184-cü görüşündə yubiley qələbəsinə sevinibsə, Qvardiolaya bunun üçün 160 matç kifayət edib.

- Qvardiola Çempionlar Liqasında “Real Madrid”i üç dəfə məğlub edən ilk məşqçidir. Əvvəllər Ottmar Hitsfeld və Marselo Lippi hərəyə iki dəfə bunu bacarıblar.

- “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva qitənin ən nüfuzlu klub turnirinin yarımfinal oyununda “Real Madrid”in qapısına iki və daha çox qol vuran üçüncü futbolçudur. Ona qədər Lionel Messi 2011-ci ildə iki, Robert Levandovski isə 2013-cü ildə 4 dəfə “kral klubu”nu mərkəzə dəvət edib. Avrokuboklar tarixində daha 5 oyunçu bu göstəriciyə nail olub: 1956-cı ildə Corcio Dal Monte (“Milan”), 1976-cı ildə Gerd Müller (“Bavariya”), 1980-ci ildə Manfred Kalts və Hörst Xrubeş (hər ikisi “Hamburq”), 1987-ci ildə isə Lotar Matteus (“Bavariya”).

- “Mançester Siti” bütün turnirlərdəki məğlubiyyətsizlik seriyasını 23 oyuna çatdırıb. Komanda fevralda “Tottenhem”ə səfərdə 0:1 hesabı ilə uduzduqdan sonra keçirdiyi matçların 19-da qələbə qazanıb, 4 dəfə heç-heçə edib.

- İstanbulda keçiriləcək Çempionlar Liqasının finalı “Mançester Siti” ilə “İnter” arasında turnir çərçivəsində ilk duel olacaq. Sonuncu dəfə iki komandanın turnirdəki rəsmi debütü 2005-ci ildə yaşanıb. Həmin vaxt yenə İstanbuldakı həlledici qarşılaşmanın iştirakçıları “Liverpul” və “Milan” ilk dəfə üz-üzə gəlib.








Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"