15 avqust 2026. Şənbə

Çempionlar Liqasının rəmzi komandası


Çempionlar Liqasının rəmzi komandası

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

 

Corner.az xəbər verir ki, ən yaxşı "11-lik"də bu raundun dörd iştirakçısının üçündən oyunçu yer alıb.

 Rəmzi komandada ən çox futbolçu ilə İngiltərənin "Mançester Siti" klubu təmsil olunub - 6. Siyahıya İtaliya "İnter"indən 4, "Milan"dan isə bir oyunçu düşüb.

 Qapıçı: Ederson ("Mançester Siti")

Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan")

Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter")

Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter").

Xatırladaq ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.









Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu