29 noyabr 2023. Çərşənbə

“Qarabağ”ın növbəti potensial rəqibləri


“Qarabağ”ın növbəti potensial rəqibləri
“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində növbəti potensial rəqibləri müəyyənləşib.

Corner.az xəbər verir ki, Azərbaycan çempionuna I raundda son mümkün rəqib Albaniya çempionatının qalibi “Partizani” olub.

Ağdam təmsilçisi növbəti mərhələlərdə də səpələnmişlərdə yer alacaq. II raundun artıq artıq 4 iştirakçısı məlumdur. Bunlar “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Molde” (Norveç) və “Aris”dir (Limassol, Kipr). İlk üç komanda püşkatma zamanı səpələnmişlərdə, “Aris” isə səpələnməmişlərdə olacaq. Yəni “Qarabağ” mərhələ adlayacağı təqdirdə, Kipr təmsilçisi mümkün rəqiblərdən biri olacaq.

Həmçinin, III raundda daha bir potensial rəqib bəllidir. Yunanıstan AEK-indən (Kipr) sonra Çexiya klubu “Sparta” da bu mərhələdən mübarizəyə qoşulacaq. Qurban Qurbanovun kollektivi bu raunda qədər irəliləməyi bacarsa, püşk bəxtinə “Sparta”nı çıxara bilər.

Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:

“Buduçnost” (Monteneqro

“Breydablik” (İslandiya)

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino)

“Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

“Şerif” (Moldova)

BATE (Belarus)

“Astana” (Qazaxıstan)

“Makkabi” (Hayfa, İsrail)

“Jalgiris” (Litva)

HIK (Finlandiya)

“Flora” (Estoniya)

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

“Olimpiya” (Sloveniya)

“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər:

“Linkoln” (Cəbəllütariq)

“Klaksvik” (Farer adaları)

İlkin mərhələnin qalibi

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Partizani” (Albaniya)

“Aris” (Limassol, Kipr)

“Haken” (İsveç)

“Farul” (Rumıniya)

“Valmieras” (Latviya)

“Ballkani” (Kosovo)

“Larne” (Şimali İrlandiya)

Ermənistan çempionu

“Hamrun” (Malta)

“Hesperange” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Kopenhagen” (Danimarka)

“Molde” (Norveç)

Sələpənməmiş:

“Aris” (Limassol, Kipr)

III təsnifat mərhələsi

Sələpənməmişlər:

“Sparta” (Çexiya)

AEK (Afina, Yunanıstan)



Çempionlar liqası

Sol cinahda oynamaq mənə rahatdır amma ...
  • Çempionlar liqası
  • 17:28 29.11.2023
Sol cinahda oynamaq mənə rahatdır amma ...
Erlinq Holanndan daha bir rekord!
  • Çempionlar liqası
  • 14:18 29.11.2023
Erlinq Holanndan daha bir rekord!
PSJ-dən 19 ilin ən pis nəticəsi
  • Çempionlar liqası
  • 13:53 29.11.2023
PSJ-dən 19 ilin ən pis nəticəsi
Dieqo Simeone 12-ci baş məşqçi oldu
  • Çempionlar liqası
  • 12:44 29.11.2023
Dieqo Simeone 12-ci baş məşqçi oldu
Halanddan Çempionlar Liqasında yeni rekord
  • Çempionlar liqası
  • 10:51 29.11.2023
Halanddan Çempionlar Liqasında yeni rekord
Çempionlar Liqası: 4 komanda 1/8 finalda!
  • Çempionlar liqası
  • 02:01 29.11.2023
Çempionlar Liqası: 4 komanda 1/8 finalda!
Modriç “Napoli” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 19:36 28.11.2023
Modriç “Napoli” ilə oyunu buraxacaq