1 fevral 2025. Şənbə

“Qarabağ” pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər


“Qarabağ” pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində səpələnmişlərdə yer ala bilər.

Corner.az xəbər verir ki, bunun üçün Ağdam klubu ilk növbədə özü həmin raunda qədər irəliləməli və daha yüksək reytinqə malik 2 komandanın büdrəməsinə ümid etməlidir.

Turnirə I təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu mübarizəni davam etdirəcəyi təqdirdə, ilk üç raundda səpələnmişlərdə qərarlaşacaq. Əgər favoritlərin hamısı sona qədər irəliləsə, o zaman Qurban Qurbanovun kollektivi pley-offun püşkatmasında səpələnməmişlərdə yer alacaq. Belədə Azərbaycan komandasının potensial rəqibləri “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Yanq Boyz” (İsveçrə) və “Qalatasaray” (Türkiyə) olacaq. Bu klublardan yalnız “Yanq Boyz” ÇL-ə məhz pley-offdan başlayacaq.

“Dinamo”, “Kopenhagen”, “Qalatasaray”, həmçinin, “Qarabağ”dan daha çox reytinq xalına malik olan Macarıstan təmsilçisi “Ferentsvaroş”un uğurlu çıxışı Azərbaycan klubunun işinə yaramayacaq. Adıçəkilən klublardan ikisinin əvvəlki mərhələlərdə büdrəməsi “Qarabağ”ın qrup öncəsi son raundda səpələnmişlərə düşməsi üçün yetərli olacaq.

Bu komandalardan “Ferentsvaroş” I, digərləri isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Çempionlar Liqasında pley-offun püşkatması avqustun 7-də olacaq. Bu mərhələnin oyunları isə avqustun 22-23-də və 29-30-da keçiriləcək.







Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"