1 fevral 2026. Bazar günü

Qvardioladan Çempionlar Liqasının finalı haqda


Qvardioladan Çempionlar Liqasının finalı haqda

"Artıq Çempionlar Liqasının finalı haqda düşünürəm”. Corner.az xəbər verir ki, bu sözlər “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola aiddi.

İngiltərə Kubokunun finalında “Mançester Yunayted”i qalib gələrək kuboka yiyələnən “şəhərlilər”in baş məşqçisi komandanın artıq əsas diqqətini “İnter”lə oyuna yönəltdiyini bildirib.

 “Futbolçulara bildirmək istəyirəm ki, artıq növbəti rəqibi, “İnter”i düşünün. Onları məğlub etmək üçün nə edə biləcəyimiz düşünün. “İnter” də bunu edəcək və bundan sonra hər şeyin necə getdiyini təhlil etməyə başlayacağıq. Çempionlar Liqasını qazanmaq üçün bütün diqqətimizi finalda qalib gəlməyə yönəltməliyik. Bunu maksimum etməyə çalışacağıq”.

 “Final öncəsi nə qədər həyəcanlısınız” deyə sual verən jurnalistlərə cavab olaraq Qvardiola bunları deyib : “Bizim cəmi bir oyunumuz qalıb. Demirəm ki, mütləq qalib gələcəyik. Əsas deyə biləcəyim odur ki, Çempionlar Liqasını qazanmaq, bizim üçün trebl etməkdən daha önəmlidi. Bəli, inanılmaz çıxışlarımız oldu: beş Premyer Liqa çempionluğu, iki İngiltərə Kuboku və bir Liqa Kuboku. Amma layiq olduğumuz komanda sayılmaq üçün Çempionlar Liqasını qazanmağımız vacibdir”.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”