14 dekabr 2025. Bazar günü

"İnter" ÇL-in favoriti deyil"


"İnter" ÇL-in favoriti deyil"
"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalında "Mançester Siti"yə qarşı keçirəcəkləri matç barədə danışıb.

Corner.az xəbər verir ki, mütəxəssis komandasının şanslarınıbelə dəyərləndirib:

“Möhtəşəm uğur. Hamının arzuladığı finala çıxdıq və bunu inandırıcı şəkildə etdik. Biz fanatlarımızla birlikdə qeyri-mümkün görünən bir şeyi bacardıq. Biz birlikdə sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Qarşılaşma çox çətin olacaq. Biz favorit deyilik, amma futbolu gözəl edən də budur. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu komandanın məşqçisi hamıya bəllidir, lakin biz bacardıqca yaxşı hazırlaşmağa çalışacağıq.

Oyuna münasibətimizi dəyişmək fikrində deyilik. Qarşılaşma zamanı daha aktiv hücum etməli olduğumuz zaman seqmentlər, müdafiədə yaxşı oynamaq lazım olanda seqmentlər olacaq. Hazırlaşmaq üçün hələ vaxtımız var və biz hər xırda şeyi nəzərə alırıq”.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.






Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi