22 iyul 2026. Çərşənbə

"Çempionlar Liqasını qazanmalıyıq, bu, artıq qaçılmazdır"


"Çempionlar Liqasını qazanmalıyıq, bu, artıq qaçılmazdır"
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının finalında "İnter"lə qarşılacaqları görüş öncəsi fikirlərini bölüşüb. 

 Corner.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola daha böyük klub olmaq yolunda bu həll edici matçda mütləq qalib gəlməli olduqlarını bildirib.
 
 “Bir çox klublar bu turniri qazana bilmədikləri üçün öz ideyaları və layihələri ilə vidalaşdılar, bir çoxları isə qalib olduqlarına görə böyük klublara çevrildilər.Çempionlar Liqasını qazanmalıyıq, bu, artıq qaçılmazdır. Amma ən əsası bu turnirdə, finalda oynamaqdır. İki il əvvəl finala çıxmışdıq, indi yenə də finaldayıq. Böyük klubu müəyyənləşdirən ən əsas amil də budur. İldən-ilə Çempionlar Liqasının sonrakı mərhələlərində mübarizə aparıraraq kuboka sahib olursunuz” 
 
Qeyd edək ki, iyunun 10-da İstanbulda keçiriləcək Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə (İtaliya) qarşılacaq.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"