22 iyul 2026. Çərşənbə

"Rəqibdən qorxmuruq" - Alessandro Bastoni


"Rəqibdən qorxmuruq" - Alessandro Bastoni
“Çətin oyun olacaq”.

Corner.az xəbər verir ki, bunu “İnter”in müdafiəçisi Alessandro Bastoni deyib. 
 
İtaliyalı futbolçu “Mançester Siti” ilə Çempionlar Liqasının final oyunundan gözləntilərini bölüşüb. Onun sözlərinə görə, belə bir oyuna çıxdıqları üçün özünü xoşbəxt sayır.
 
“Belə bir görüşdə oynamaq imkanımız var. Mən oğrulardan, qatillərdən qorxuram, amma öz yaşımda olan oğlanlardan yox. Meydana çıxıb bacardığımız kimi oynamalıyıq. “Siti”nin favorit olması normaldır. Bizim rəqibdən qorxmuruq. “Mançester Siti” təkcə Erlinq Haland deyil. Heyətlərində bizə problem yarada biləcək çoxlu futbolçu var” deyə, Bastoni bildirib.
 
Qeyd edək ki, Çempionlar Liqasının finalı sabah  İstanbulda, Atatürk Olimpiya Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"