26 mart 2026. Cümə axşamı

İnzaqi: "Asan final olmayacağını bilirik"


İnzaqi: "Asan final olmayacağını bilirik"

"İnter"in baş məşqçisi Simone İnzaqi sabah "Mançester Siti" ilə oynayacaqları Çempionlar Liqasının finalı öncəsi açıqlamalar verib.

Corner.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnzaqi “Mançester Siti” ilə asan final oynamayacaqlarını bildiklərini, amma güclü komandaya sahib olduqlarını bildirib.

O, sabah UEFA Çempionlar Liqasının finalında "Mançester Siti" ilə qarşılaşacaqları İstanbul Atatürk Olimpiya Stadionunda milli futbolçu Hakan Çalhanoğlu, Matteo Darmian və Lautaro Martinezlə mətbuat konfransı keçirib.

47 yaşlı təcrübəli məşqçi "Sabahkı final futbol tariximiz üçün çox böyük oyundur. Bilirik ki, asan olmayacaq. Açar söz nədir deyə soruşsanız, "birlikdə" deyərdim. Bilirik. Azarkeşlərimiz də bu finalı səbirsizliklə gözləyirlər. Sabah azarkeşlər üçün komandadan əlavə səy istəyirəm". deyə açıqlama verib.

"Atmosferin öhdəsindən necə gələcəksiniz?" sualına İnzaqi belə cavab verib:

"Komandamdakı oyunçuları heç kimə dəyişməzdim. Onların hamısı nümunəvi oyunçulardır. Azarkeşlərimiz qarşısında mühüm məsuliyyət hiss edirik. Biz bura çox çalışaraq gəlmişik. Bütün oyunçularımızla diqqətli davranırıq. Sabah bu mövsüm 57-ci oyunumuzu keçirəcəyik. Bu, əslində yetkinləşdiyimiz anlamına gəlir."

"Haalandı necə müdafiə edəcəksiniz?" sualına isə italiyalı məşqçi "Mançester Siti"nin nə qədər güclü olduğunu, Haalandla birlikdə necə gücləndiyini çox yaxşı bilirik" cavabını verib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"