30 sentyabr 2026. Çərşənbə

Çempionlar Liqasının qalibi - "Mançester Siti"!


Çempionlar Liqasının qalibi - "Mançester Siti"!

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, İstanbulda keçirilən həlledici matçda İngiltərə “Mançester Siti”si və İtaliya “İnter”i üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda polşalı hakimlər briqadasının idarə etdiyi oyunun taleyini bir qol həll edib.

68-ci dəqiqədə Rodrinin vurduğu qol “Mançester Siti”yə tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi ünvanını qazandırıb.

10 iyun
Çempionlar Liqası, final

“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) - 1:0
Qol: Rodri, 68
İstanbul, Atatürk Olimpiya stadionu. Hakim: Şimon Marçinyak







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”