26 mart 2026. Cümə axşamı

Ərdoğan "Mançester Siti"ni təbrik etdi


Ərdoğan "Mançester Siti"ni təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mançester Siti”ni Çempionlar Liqasını qazanması münasibətilə təbrik edib.

 

Corner.az xəbər verir ki, final görüşü İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutub. "Şəhərlilər" "İnter"ə 1:0 hesabı ilə qalib gəliblər və kuboku qazanıblar. Ərdoğan sosial şəbəkə hesablarında etdiyi paylaşımlarda bildirib:

 

“Mançester Siti" klubunu Türkiyənin göz bəbəyi və sivilizasiyaların beşiyi olan İstanbulda, Atatürk Olimpiya Stadionunda keçirilən dünyanın ən böyük idman yarışlarından biri olan Çempionlar Liqasının finalında qalib gəlməsi münasibətilə təbrik etmək istərdim. Türkiyənin qonaqpərvərliyini bir daha təsdiqləyən və bu möhtəşəm tədbirin rahat və uğurla keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"