7 may 2026. Cümə axşamı

UEFA-dan “Linkoln” – “Qarabağ” cütü ilə bağlı YENİ XƏBƏR


UEFA-dan “Linkoln” – “Qarabağ” cütü ilə bağlı YENİ XƏBƏR
Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin “Linkoln” – “Qarabağ” cütünün məğlubu Konfrans Liqasında II raunddan azad olacaq. 90deqiqe.az xəbər verir ki, bu barədə UEFA məlumat verib.
 
Dünən baş tutan püşkatma mərasimində qitənin ən nüfuzlu klub turnirinin I mərhələsinin məğlublarının Konfrans Liqasının II raundundakı potensial rəqibləri bəlli olub. Lakin iki cütlük bundan azaddı.
 
Onlardan biri Azərbaycan çempionunun Cəbəllütariq təmsilçisi ilə təşkil etdiyi cütdü. Həmçinin “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün məğlubu da mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsindən davam etdirəcək. Bu iki cütün qalibi isə ÇL-in növbəti mərhələsində bir-birinə rəqib olacaq.
 
Qeyd edək ki, Konfrans Liqasında III raundun matçları avqustun 10-da və 17-də keçiriləcək.






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"