Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyunları keçirilib. 90deqiqe.az xəbər verir ki, ölkəmizin bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” Polşanın “Rakuv” klubu ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda almaniyalı hakim Sven Yablonskinin idarə etdiyi görüşdə ilk oyunda olduğu kimi, hesabı yenə də polşalılar açıb. 52-ci dəqiqədə Tudor fərqlənməyi bacarıb. Bundan 8 dəqiqə sonra “Qarabağ” Cicanın qoluyla hesabda tarazlıq yaratsa da bundan artığına gücü çatmayıb və ilk oyundakı 2:3 hesablı məğlubiyyət səbəbindən Çempionlar Liqasında mübarizəni dayandırıb.
Bununla belə, “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək. Komandamızın III təsnifat mərhələsində rəqibi HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu olacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust
"Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) - 1:1
Qollar: Cica, 60- Tudor, 52
Bakı Olimpiya Stadionu. Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3