3 mart 2025. Bazar ertəsi

“Mançester Siti” və “Leypziq” 1/8-də, “Barselona” və PSJ uduzdu

Çempionlar Liqasında qrup mərhələsinin IV turu start götürüb.


 “Mançester Siti” və “Leypziq” 1/8-də, “Barselona” və PSJ uduzdu

Çempionlar Liqasında qrup mərhələsinin IV turu start götürüb.

90deqiqe.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının görüşləri keçirilib. 

İngiltərə "Mançester Siti"si doğma meydanda “Yanq Boyz”u darmadağın edərək 1/8 finala vəsiqə qazanıb. Serbiyada “Srvena Zvezda”ya 2:1 hesabı ilə qalib gələn “Leypsiq” də pley-off mərhələsinə yüksəlib.

Gecənin ən bol maraqlı görüşü Madriddə baş tutub. Belə ki, “Atletiko” doğma meydanda “Seltik”i 6 cavabsız qolla məğlub edib.

İtaliyada “Milan” və PSJ arasındakı oyunda isə meydan sahibləri əzmkar qələbə qazanıb. 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

E qrupu

“Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya) - 6:0

Qollar: Qrizmann, 6; 60; Morata, 45+3; 76; Lino, 66; Saul, 85

“Latsio” (İtaliya) – “Feyenord” (Niderland) - 1:0

Qol: İmmobile, 45+1

Xal durumu: “Atletiko” – 8, “Latsio” – 7, “Feyenoord” – 6, “Seltik” - 1.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) - 2:0

Qollar: Füllkruq, 23; Brandt, 79

“Milan” (İtaliya) – PSJ (Fransa) - 2:1

Qollar: Leao, 12; Jiru, 51 - Şkrinyar, 9

Xal durumu: “Borussiya” – 7, PSJ – 6, “Milan” - 5, “Nyukasl” – 4.

 

G qrupu

“Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 3:0

Qollar: Haland, 22 (pen); 52; Foden, 45+1

“Srvena Zvezda” (Serbiya) – “Leypsiq” (Almaniya) - 1:2

Qollar: Simons, 8; Openda, 77 - Henrix, 81 (avtoqol)

Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.

 

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) - 1:0

Qol: Sikan, 40

“Porto” (Portuqaliya) – “Antverpen” (Belçika) - 2:0

Qollar: Evanilson, 32 (pen); Pepe, 90+1

Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.







Çempionlar liqası

"Real" - "Atletiko" matçının hakimləri bilindi
  • Çempionlar liqası
  • 21:30 02.03.2025
"Real" - "Atletiko" matçının hakimləri bilindi
"Liverpul" "Lill"ə bənzəyir"
  • Çempionlar liqası
  • 19:39 02.03.2025
"Liverpul" "Lill"ə bənzəyir"
UEFA Qvardiolaya görə "Real Madrid"i hədələyib
  • Çempionlar liqası
  • 23:58 28.02.2025
UEFA Qvardiolaya görə "Real Madrid"i hədələyib
"Qalib son raundda müəyyənləşəcək"
  • Çempionlar liqası
  • 19:10 22.02.2025
"Qalib son raundda müəyyənləşəcək"
Ançelottinin favoritləri
  • Çempionlar liqası
  • 16:31 22.02.2025
Ançelottinin favoritləri
PSJ Çempionlar Liqasında rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:53 21.02.2025
PSJ Çempionlar Liqasında rekorda imza atıb