1 fevral 2026. Bazar günü

ÇL tarixinin ən yaşlı qolçusu

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda “Antverpen”lə oyun “Porto”nun müdafiəçisi Pepe üçün əlamətdar olub.


ÇL tarixinin ən yaşlı qolçusu

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda “Antverpen”lə oyun “Porto”nun müdafiəçisi Pepe üçün əlamətdar olub. 90deqiqe.az xəbər verir ki, təcrübəli futbolçu qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb.

Portuqaliyalı oyunçu qarşılaşmada fərqlənərək buna nail olub. Komandasının ikinci qolunun müəllifi olan Pepe ÇL tarixinin ən yaşlı qolçusu ünvanını ələ keçirib. O, 40 yaş 254 günündə rəqib qapısına yol tapıb.

“Antverpen”i 2:0 hesabı ilə məğlub edən “Porto” 9 xalla H qrupunda ikinci yerdə qərarlaşıb.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”