14 dekabr 2025. Bazar günü

ÇL oyunundan əvvəl iğtişaş

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda keçiriləcək “Napoli” – “Union Berlin” oyunu öncəsi xoşagəlməz hadisə yaşanıb.


ÇL oyunundan əvvəl iğtişaş

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda keçiriləcək “Napoli” – “Union Berlin” oyunu öncəsi xoşagəlməz hadisə yaşanıb. 90deqiqe.az xəbər verir ki, Almaniya təmsilçisinin 200-dən çox azarkeşi iğtişaşlar törədib.

Şəhərin mərkəzindəki bir neçə küçə Berlin klubunun fanatları tərəfindən vandalizmə məruz qalıb. Onlar bir neçə dəfə polislə münaqişəyə girərək, fişənglər və tüstü bombalardan istifadə ediblər.

Polis dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Hadisə nəticəsində bir sıra küçələrdə vitrinlər və avtomobillər zədələnib, bir neçə azarkeş saxlanılıb.

Qeyd edək ki, bu gün Neapolda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi