Qarabağ'ın rəqibində ciddi itki
Partizani Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ"la ilk matçına ciddi itki ilə çıxa bilər.
Corner.az Albaniya mətbuatına istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Yurgen Bardi zədələnərək sıradan çıxıb. Bud nahiyyəsindən zədələnən 21 yaşlı futbolçunun nə vaxt yaşıl meydanlara dönəcəyi bilinmir. Albaniyalı futbolçu "Qarabağ"la ilk oyunu buraxa bilər.Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra paytaxtımızda keçiriləcək. "Dalğa Arena"dakə görüş yerli vaxtla 21:00-da start götürəcək.