5 dekabr 2025. Cümə

UEFA PSJ və "Milan"ı cərimələdi

UEFA İntizam Komitəsi Fransanın PSJ və İtaliyanın "Milan" klublarını cərimələyib.


UEFA PSJ və "Milan"ı cərimələdi

UEFA İntizam Komitəsi Fransanın PSJ və İtaliyanın "Milan" klublarını cərimələyib.

90deqiqe.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna səbəb sözügedən komandalar arasında baş tutan Çempionlar Liqasının qrup mərhələsinin III turunun matçında azarkeşlərin davranışı olub.

Fanatların pirotexniki vasitələrdən istifadəsi, stadionda keçidləri bağlaması və meydana daxil olması Paris təmsilçisini 98 min avro ziyana salıb. Bununla yanaşı PSJ-yə 2 illik sınaq müddəti təyin edilib. Belə hallar bir də təkrarlanarsa, klubun ev oyunlarını keçirdiyi stadion qismən azarkeşlər üçün bağlanacaq.

Azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi "Milan"a isə 23 min avro ziyana salıb.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”