5 mart 2025. Çərşənbə

“Qalatasaray” “Mançester Yunayted”ə qarşı – STATİSTİKA

“Cimbom” evdə heç vaxt “Yunayted”ə uduzmayıb!


“Qalatasaray” “Mançester Yunayted”ə qarşı – STATİSTİKA

“Cimbom” evdə heç vaxt “Yunayted”ə uduzmayıb!

UEFA Çempionlar Liqasının A qrupunda qərarlaşan “Qalatasaray” 5-ci turda İngiltərə nəhəngi “Mançester Yunayted”lə üz-üzə gələcək. “Aslanlar”ın rəqibinə doğma meydan üstünlüyü diqqət çəkir. 


90deqiqe.az xəbər verir ki, Türkiyənin avrokuboklarda  ən uğurlu təmsilçisi olan “Qalatasaray” Avropada 312 matça çıxıb. İstanbul kollektivi bu görüşlərdən 112 qələbə, 83 bərabərlik ve 117 məğlubiyyətlə yadda qalıb. “Sarı-qırmızılar” indiyə  qədər İngiltərə təmsilçiləri ilə 22 dəfə qarşılaşıb və 4 qələbə 8 bərabərliklə yanaşı, 10 dəfə meydanı məğlub tərk edib. 


“Qalatasaray, İngilis komandalarından ən çox elə məhz “Mançester Yunayted”lə qüvvəsini sınayıb ki, 7 dəfə üz-üzə gələn tərəflərin mübarizəsində 2 qələbə “cimbom”da, 2-si isə “qırmızı şeytanlar”ın aktivindədir. 3 dəfə isə heç-heçə qeydə alınıb. “Qalatasaray”in 7 qoluna “Mançester Yunayted” 10 qolla cavab verib. 


İstanbulda baş tutan 3 matçda isə meydan sahibləri məğlub olmayıb. 


Matçlardan 1-ni 1-0 udan “sarı-qırmızılılar”, digər ikisini 0-0 bərabərliklə tamamlayıb.







Çempionlar liqası

"Benfika ilə oyun asan olmayacaq"
  • Çempionlar liqası
  • 13:41 05.03.2025
"Benfika ilə oyun asan olmayacaq"
"Möhtəşəm mübarizə apardıq"
  • Çempionlar liqası
  • 13:11 05.03.2025
"Möhtəşəm mübarizə apardıq"