30 sentyabr 2026. Çərşənbə

Modriç “Napoli” ilə oyunu buraxacaq

“Real”ın yarımmüdafiəçisi Luka Modriç sıradan çıxıb.


Modriç “Napoli” ilə oyunu buraxacaq

“Real”ın yarımmüdafiəçisi Luka Modriç sıradan çıxıb.

90deqiqe.az xəbər verir ki, 38 yaşlı futbolçu İspaniya La Liqasının XIV turunda “Kadis”lə oyununda zədələnib. Xorvat oyunçu səbəbdən Çempionlar Liqasının “Napoli” ilə sabah baş tutacaq görüşdə komandasına kömək edə bilməyəcək.

Modriçin zədəsi ciddi olmasa da məşqçilər korpusu onu riskə atmamaq üçün heyətə daxil etməyib.

Xatırladaq ki, Modriç  “Kadis”lə görüşün 70-ci dəqiqəsində Sebalyosla əvəzlənib.

“Real” - “Napoli” matçı sabah Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”