19 iyul 2026. Bazar günü

Düşünürdüm ki, qalib gələ bilərik - Okan Buruk

"Düşünürdüm ki, qalib gələ bilərik. Yenə buraxılan erkən qol. Qapımıza 3 qol vuruldu. Həm qələbə qazana bilərdik, həm də məğlub ola bilərdik".


Düşünürdüm ki, qalib gələ bilərik - Okan Buruk

"Düşünürdüm ki, qalib gələ bilərik. Yenə buraxılan erkən qol. Qapımıza 3 qol vuruldu. Həm qələbə qazana bilərdik, həm də məğlub ola bilərdik".

90deqiqe.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Mançester Yunayted"lə heç-heçə etdikləri oyunu (3:3) şərh edərkən deyib.

O, matçın hakimlərindən narazı olduğunu bildirib: "Bizim matçımızın çox izlənildiyini, Türkiyə futbolunun, "Qalatasaray"ın tərifə layiq olduğunu gördük. Devinson Sançez bizim üçün çox vacib idi. Onun yoxluğu planlarımızı dəyişdirdi. Qələbə qazana bilmədiyimiz üçün məyusuq amma məğlub olmamaq da önəmlidir. Çox fərqli bir xalda da ola bilərdik. Penalti epizodumuz var idi. "Bavariya" ilə görüşdəki ofsayd epizodu... Hakimin performansı rəqibin adına möhtəşəm idi. Bu da bizim üçün 5-10 faiz təsiri oldu. Pressinqimizi, hücumdakı oyunumuzu, topa sahib olmağımızı nəzərə alaraq deyə bilərəm ki, bu səviyyədə olan bir komanda ilə əla iş gördük. Azarkeşlərimiz bizi inanılmaz dərəcədə dəstəklədilər". 

Qeyd edək ki, 5-ci tur matçından sonra "Qalatasaray" xallarının sayını 5-ə çatdıraraq A qrupunda 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə 4 xalla sonuncu yerdədir. 







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı