1 fevral 2025. Şənbə

Tez-tez səhv etməməliyik - Erik ten Haq

“Oyunumuzdan razıyam. Bununla belə, komandanı müdafiədəki çıxışına görə tənqid etməliyəm. Tez-tez səhv etməməliyik.


Tez-tez səhv etməməliyik - Erik ten Haq

“Oyunumuzdan razıyam. Bununla belə, komandanı müdafiədəki çıxışına görə tənqid etməliyəm. Tez-tez səhv etməməliyik.

90deqiqe.az xəbər verir ki, bu sözləri  "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qalatasaray"la səfərdə heç-heçə etdikləri matçdan  (3:3) sonra danışarkən deyib.

53 yaşlı çalışdırıcı tez-tez səhv etməmələri olduğunu bildirib: “Biz lider idik, sonra birdən bu liderliyi əldən verdik. Oyunumuzdan razıyam. Bununla belə, komandanı müdafiədəki çıxışına görə tənqid etməliyəm. Tez-tez səhv etməməliyik. Bugünkü oyundan dərs çıxarmalıyıq.

Ümumiyyətlə, komandanın üslubu göz qabağındadır. Aktiv, dinamik və cəsarətli oyun nümayiş etdiririk. Oyundan razı qaldım, çünki çoxlu qol imkanları yaratdıq. Digər tərəfdən, bu görüşdə qalib gəlməliydik".

Niderlandlı mütəxəssis komandasının yaxşı nəticələr göstərə bilməməsində səbəbi özündə gördüyünü deyib: "Komandanın liderliyini itirməsində günahkar kimdir? Əlbəttə, mən. Buna görə yalnız mən cavabdehəm.Mən bilirəm ki, biz uzunmüddətli perspektivdə uğur qazanacağıq”.

Qeyd edək ki, 5-ci tur matçından sonra "Qalatasaray" xallarının sayını 5-ə çatdıraraq A qrupunda 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə 4 xalla sonuncu yerdədir. 







Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"