- Çempionlar liqası
- 15:45 31.01.2025
“Mançester Yunayted”in “Qalatasaray”la son Çempionlar Liqası matçındakı (3:3) uğursuz çıxışından sonra qapıçı Andre Onanaya yalnız bir oyunçu dəstək olub.
90deqiqe.az xəbər verir ki. qarşılaşma bitdikdən sonra ehtiyatda oturan həmkarı Altay Bayındır ona yaxınlaşaraq dəstək olmağa çalışıb.
Qeyd edək ki, “Mançester Yunayted” qapısında gördüyü 2 top Onananın səhvindən olub. Bu mövsüm kamerunlu qapıçı bütün turnirlərdə 20 matçda iştirak edib və qapısında 33 qol görüb.