30 iyun 2026. Çərşənbə axşamı

Ten Haq Onanaya dəstək oldu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın qapıçısı Andre Onananın tənqidlərinə cavab verib.


Ten Haq Onanaya dəstək oldu

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın qapıçısı Andre Onananın tənqidlərinə cavab verib.

90deqiqe.az xəbər verir ki, 53 yaşlı çalışdırıcı Çempionlar Liqasının 5-ci tur çərçivəsində səfərdə  "Qalatasaray"la 3:3 heç-heçə etdikləri oyundan sonra mətbuat konfrasında kamerunlu qolkiperlə bağlı sualı cavablandırıb.

 “Onun oyununa baxsanız, o, statistikaya əsaslanaraq Premyer Liqanın ikinci ən yaxşı qapıçısıdır. O, ğz üzərində çox işləyir, amma Çempionlar Liqasında səhvlərə yol verdiyinin fərqindədir. Ümumiyyətlə, beş ay ərzində onun  yaxşı çıxış etdiyini deyə bilərəm. Onun pis çıxışlara necə reaksiya verdiyini hamımız görmüşük. Münhendə kifayət qədər arxayın deyildi, amma “Börnli”yə qarşı əla idi. O, güclü xarakterə malikdir. Onana əsl insandır və istənilən çətinliyin öhdəsindən gələ bilər”.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu