30 iyun 2026. Çərşənbə axşamı

Əliyar Ağayev “Mançester Siti”nin oyununda penalti təyin etdi

Çempionlar Liqasında daha bir qrupda mübarizə yekunlaşıb.


Əliyar Ağayev “Mançester Siti”nin oyununda penalti təyin etdi

Çempionlar Liqasında daha bir qrupda sonuncu - VI turun oyunları keçirilib.

90deqiqe.az xəbər verir ki, G qrupunda “Mançester Siti” səfərdə “Srvena Zvezda”nın qonağı olub.

Görüş qonaqların 3:2 hesablı qələbə ilə başa çatıb. Belqraddakı qarşılaşmanı idarə edən azərbaycanlı hakim Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 1 oyunçusuna qırmızı vərəqə göstərib. Ağayev 85-ci dəqiqədə Serbiya təmsilçisinin qapısına penalti təyin edib ki, bu da ingilislərin 3-cü qolu vurmaları ilə nəticələnib.

Qrupun digər oyununda “Leypsiq” evdə “Yanq Boyz”u 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, “Mançester Siti” 18, “Leypsiq” 12 xalla 1/8 finala yüksəlib. “Yanq Boyz” 4 xalla Avropa Liqasının pley-offuna yollanıb, aktivinə 1 xal yazdıran “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu