1 fevral 2026. Bazar günü

Pepe öz rekordunu yenilədi

"Portu"nun məşhur futbolçusu Pepe Çempionlar Liqasında öz rekordunu yeniləyib


Pepe öz rekordunu yenilədi

90deqiqe.az xəbər verir ki, o, buna qrup mərhələsinin 6-cı turunda "Şaxtyor"la matçda (5:3) fərqlənməklə nail olub. Pepe oyunun 75-ci dəqiqəsində topu rəqibin qapısına göndərib. Nəticədə 40 yaş 290 günlüyündə fərqlənən Pepe turnir tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu kimi öz rekordunu yeniləyib.

Bundan əvvəl Pepe 40 yaş 254 günlük ikən 4-cü turda "Antverpen"lə oyunda qol vurmuşdu.

Qeyd edək ki, "Portu" "Şaxtyor" üzərindəki qələbə sayəsində 1/8 finala adlayıb. 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”