15 avqust 2026. Şənbə

Premyer Liqanın tarixində belə biabırçılıq yaşanmamışdı

İngiltərənin “Mançester Yunayted” və “Nyukasl” klubları Avrokubokların 2023/24 mövsümündə mübarizəni erkən dayandırıb.


Premyer Liqanın tarixində belə biabırçılıq yaşanmamışdı

İngiltərənin “Mançester Yunayted” və “Nyukasl” klubları Avrokubokların 2023/24 mövsümündə mübarizəni erkən dayandırıb.

90deqiqe.az “Squawka”ya istinadən xəbər verir ki, adıçəkilən komandalar Çempionlar Liqasının qrup mərhələsini sonuncu pillədə başa vurublar.

Tarixdə ilk dəfədir ki, iki İngiltərə təmsilçisi Çempionlar Liqasında qruplarında sonuncu yerdə qərarlaşıb.

Çempionlar Liqasının qrup mərhələsini 4-cü yerdə başa vuran sonuncu Premyer Liqa klubu 2012/13 mövsümündə “Mançester Siti” olub.

Qeyd edək ki, “Arsenal” və “Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Avropa Liqasında “Brayton”, “Liverpul” və “Vest Hem” pley-off mərhələsinə çıxışı təmin edibsə,  Konfrans Liqasında isə  “Aston Villa” bunu bacarıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu