14 avqust 2026. Cümə

Qarabağ Partizani ilə oyunun hazırlığına start verdi


Qarabağ Partizani ilə oyunun hazırlığına start verdi

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” iki günlük istirahətin ardından UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Albaniya çempionu “Partizani”ylə ilk oyunun hazırlığına start verib.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi günü iki məşqlə başa vurub. İlk məşq yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb və saat yarım davam edib. Futbolçular bu məşqdə fiziki təmrinlər və toplu hərəkətlər üzərində çalışıb. İkinci məşq isə yerli vaxtla 18:00-da start götürüb. İlk məşqdən fərqli olaraq, bu məşqdə komanda isinmə hərəkətlərin ardından ikitərəfli oyun keçirib.

Qeyd edək ki, zədəli futbolçular – Qara Qarayev və Rəşad Sadıqov zədələrini sağaldaraq komandaya qoşulub, yeni transfer Aylton Silva da komandayla ilk məşqinə çıxıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu