25 mart 2026. Çərşənbə

Partizani'nin baş məşqçisi hamını stadiondan çıxartdı


Partizani'nin baş məşqçisi hamını stadiondan çıxartdı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 10-da Trinada "Qarabağ"la qarşılaşacaq "Partizani"nin dünənki məşqində maraqlı hadisə baş verib.

Corner.az xəbər verir ki, komandanın baş məşqçisi Franko Lerda hazırlığın son bölümündə "Kamza" stadionunda olan azarkeşlər və KİV nümayəndələrinin hamısının bayıra çıxarılmasını tələb edib. Yerli mətbuat iddia edir ki, italiyalı mütəxəssis "Qarabağ" nümayəndələrinin stadionda ola biləcəyindən və "Partizani" ilə bağlı məlumat toplayacağından ehtiyatlandığı üçün bu addımı atıb.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu iyulun 10-da "Selman Stermasi" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq. Həmin görüş isə yerli vaxtla 21:00-da start götürəcək.(qol)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"