5 dekabr 2025. Cümə

Partizanidən sürprizlər gözləyirik - Qurban Qurbanov


Partizanidən sürprizlər gözləyirik - Qurban Qurbanov

"Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki,azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir".
 
Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə sabah səfərdə keçiriləcək oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

O, Albaniyaya qələbə dalında getdiklərini bildirib: "Bilirik ki, rəqibin yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar.

Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsantrasiya olmaq və oyun intizamını saxlamaq lazımdır".

Q.Qurbanov mövsümün sonunda "Qarabağ"dan ayrılan albaniyalı müdafiəçi Ansi Aqolli haqda da danışıb: "Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun".







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”