- Çempionlar liqası
- 22:50 27.11.2025
“Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo “Mançester Siti”nin ötən mövsüm Çempionlar Liqasının qalibi olması ilə fikirlərini bölüşüb.
90deqiqe.az xəbər verir ki, 38 yaşlı superulduz "şəhərlilər"in ÇL-da əla oyun nümayiş etdirdiyini bildirib.
“Mançester Siti” əla oyun nümayiş etdirdi. Onları ötən mövsüm göstərdikləri nəticələrə görə təbrik edirəm. Oyunçular, məşqçilər. Sadəcə əla.Nəhayət Çempionlar Liqasını qazandılar. Yəqin ki, iki il əvvəl buna layiq idilər.Onların oyununu izləməyi xoşlayıram”
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqası ilə yanaşı, “Mançester Siti” də İngiltərə çempionatı, İngiltərə kuboku və Avropa Superkubokunun qalibi olub. Bu mövsüm “şəhərlilər” klublararası dünya çempionatının da qalibi olub.
2020/2021 mövsümünün Çempionlar Liqasının finalında "Mançester Siti" "Çelsi"yə 1:0 hesabı ilə uduzub.