- Çempionlar liqası
- 14:27 22.01.2025
Qarabağ'ın kapitanı Rəşad Sadıqov komandasının heyətində 300-cü oyununu keçirib.
Bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.
“Partizani” ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin “Qarabağ”da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən R.Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.
Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən “Qarabağ”ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.(APA)
“Qarabağ”da 300 və daha çox oyun keçirənlər
yer | futbolçu | Oyun |
1. | Maksim Medvedev | 405 |
2. | Müşfiq Hüseynov | 394 |
3. | Yaşar Hüseynov | 380 |
4. | Səttar Əliyev | 369 |
5. | Aslan Kərimov | 346 |
6. | Elşad Əhmədov | 339 |
7. | Qara Qarayev | 320 |
8. | Ansi Aqolli | 316 |
9. | Rəşad Sadıqov | 300 |