15 iyul 2026. Çərşənbə

"Arsenal" onu ÇL-in heyətinə daxil etdi

"Arsenal" klubu UEFA Çempionlar Liqasının pley-off matçları üçün heyətini açıqlayıb. 


"Arsenal" onu ÇL-in heyətinə daxil etdi

"Arsenal" klubu UEFA Çempionlar Liqasının pley-off matçları üçün heyətini açıqlayıb. 

90deqiqe.az xəbər verir ki, London klubu cinah oyunçusu Jurrien Timberi də siyahıya əlavə edib.

Xatırladaq ki, hollandiyalı müdafiəçi Premyer Liqanın 1-ci turunun “Nottingem”lə oyunundan (2:1) sonra ön çarpaz bağın yırtılmasından sonra sıradan çıxmışdı. 22 yaşlı futbolçunun sağalmasının dəqiq vaxtı bəlli deyil.

Timber ötən yay 40 milyon avroya "Ayaks"dan "Arsenal"a keçib.Bu mövsüm müdafiəçi "topçular"ın heyətində bütün turnirlərdə yalnız iki yarımçıq oyun keçirə bilib və bu matçlarda təsirli hərəkətlər edə bilməyib. Futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 42 milyon avrodur.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı