26 mart 2026. Cümə axşamı

Enrikedən azarkeşlərə ÇL-sı ÇAĞIRIŞI


Enrikedən azarkeşlərə ÇL-sı ÇAĞIRIŞI

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında İspaniyanın "Real Sosyedad"ı ilə qarşıdakı oyunöncəsi açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı Fransa klubunun azarkeşlərini bu görüşlə bağlı narahat olmamağa çağırıb.

“Çempionlar Liqası ilə bağlı çox gərginlik görürəm. Bununla belə, söhbət gərginlikdən yox, matçları rəqabətli oynamaqdan və rəqabətdən həzz almaqdan getməlidir.

Artıq iki həftədir ki, televiziyada yalnız Çempionlar Liqasından danışırıq! Sakit ol, sakit ol! Komanda mükəmməl vəziyyətdə olacaq, onlar hazırdır”, - deyə Enrike “Mundo Deportivo”ya istinadən xəbər verir.

Xatırladaq ki, görüş fevralın 14-də keçiriləcək.PSJ - "Real Sosyedad" matçı Parisin "Park des Princes" stadionunda baş tutacaq. 







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"