5 dekabr 2025. Cümə

"ÇL-sı Real Madrid üçün ən vacib turnirdir" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının Avropanın ən nüfuzlu klub turnirindəki ambisiyalarından danışıb.


"ÇL-sı Real Madrid üçün ən vacib turnirdir" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının Avropanın ən nüfuzlu klub turnirindəki ambisiyalarından danışıb.

90deqiqe.Az xəbər verir ki, italyan çalışdırıcı bütün oyunçularının ÇL-dan həzz aldığını bildirib.

“Bütün oyunçularımız Çempionlar Liqasından həzz alırlar. Bizim güclü, ciddi və motivasiyalı komandamız var, orada yaxşı atmosfer var. Hər kəs töhfə verir.Motivasiyam həmişə yüksəkdir, çünki etdiyim işi sevirəm. Heyətimizi bəyənirəm, sərəncamımda olan futbolçuları bəyənirəm.Azarkeşlərimiz üçün Çempionlar Liqası ən vacib yarışdır, çünki tarixən ən böyük uğuru məhz burada əldə etmişik. Bu dəfə də uğur qazanmaq üçün "Leypsiq" kimi güclü rəqiblə başlayacağıq”, - Sport.es Ançelottinin sözlərini sitat gətirir.

Madrid komandası 14 dəfə Çempionlar Liqasının qalibidir. Los Blankos sonuncu dəfə 2021/2022 mövsümündə həlledici görüşdə Liverpulu məğlub edərək (1:0) kuboku başı üzərində qaldırmışdı.

Xatırladaq ki, Ançelottinin komandası qrup mərhələsinin 6 turundan sonra maksimum 18 xal toplayıb. Turnirin 1/8 finalında “Los Blancos” Almaniyanın “Leyptsiq”i ilə iki oyunluq qarşılaşmada üz-üzə gələcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”