26 mart 2026. Cümə axşamı

"Real"dan qorxmuruq - Marko Rouz


"Real"dan qorxmuruq - Marko Rouz

“Leyptsiq”in baş məşqçisi Marko Rouz Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk oyunla bağlı bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 47 yaşlı çalışdırıcı rəqibdən qorxmadıqlarını bildirib.

“Əlbəttə, qorxmuruq. Stadionumuzda rəqibi, meydançanı və stadionumuzdakı atmosferi səbirsizliklə gözləyirik. Bu, ötən mövsüm və bu mövsüm qrup mərhələsində çox çalışdığımız bir şeydir. "Real" bu mövsüm yaxşı inkişaf etdi və Avropanın ən güclü komandalarından birinə çevrildi. Onlar bütün sahələrdə olduqca yaxşı vəziyyətdədirlər. Çempionlar Liqasında oynamaq və qalib gəlməyin nə demək olduğunu bilirlər. Onların keyfiyyətlərini bilirik, amma özümüz pis komanda deyilik və sıralarımızda əla oyunçular var. Biz əlimizdən gələni edəcəyik və matça yaxşı başlamaq üçün fürsətlər axtaracağıq”, - deyə Rouzun sözlərini UEFA-nın rəsmi saytı yayıb.

Xatırladaq ki, ilk oyun fevralın 13-də baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"