5 dekabr 2025. Cümə

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək - ARAŞDIRMA


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək - ARAŞDIRMA

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək

90deqiqe.az xəbər verir ki, gecə yarısı 2 qarşılaşma təşkil olunacaq.

“Leypsiq” “Real Madrid”i qəbul edəcək. Almaniya təmsilçisi G qrupunu “Mançester Siti”dən sonrakı mövqedə - 2-ci pillədə bitirib. “Kral klubu” isə qrup mərhələsini xal itirmədən başa vurub. Komandaların yerli çempionatdakı vəziyyətinə gəldikdə isə “Leypsiq”in qeyri-sabit çıxışı nəzərə çarpır. Komanda hazırda bundesliqada 5-ci pillədədir. Madrid təmsilçisi isə La liqanın lideridir. Komandalar indiyə yalnız Çempionlar Liqasının 2022/2023-cü illər mövsümündə üz-üzə gəliblər. Almaniyadakı matçı “Leypsiq” qazanıbsa, “Santiaqo Bernabeu”da “kral klubu” qalibiyyətə sevinib. Komandaların itkilərinə gəldikdə, “Leypsiq” oyuna tam heyətlə hazırlaşır, Madrid təmsilçisində isə ciddi problemləri var. Belə ki, Cud Bellingem, David Alaba, Eder Militao və Tibo Kurtua zədəlidir. İrfon Peltonun idarə edəcəyi matçın start fiti 00:00-da səslənəcək. 

Gecənin digər oyununda isə “Kopenhagen” “Parken”də “Mançester Siti”ni qəbul edəcək. Danimarka təmsilçisi A qrupunda “Qalatasaray” və “Mançester Yunayted”i qabaqlayaraq 1/8 finala vəsiqə qazanıb. “Şəhərlilər” isə qrup mərhələsində maksimum nəticə göstərib. Komandaların öz liqalarındakı vəziyyətlərinə gəldikdə isə “Kopenhagen” Danimarka superliqasında 3-cü pillədə qərarlaşıb. 10 matçdır məğlub olmayan Pep Qvardiolanın yetirmələri İngiltərə Premyer Liqasında 1 oyun az keçirməklə 2-cidir. Onlar qalib gələrsə, lider olacaqlar. Komandaların öz aralarındaki oyunlarına gəldikdə indiyə qədər baş tutan 4 oyunda İngiltərə təmsilçisi 2 qələbə qazanıb, 2 oyun isə bərabərliklə başa çatıb. Ötən mövsüm klublar bu turnirin qrup mərhələsində qarşılaşıb. Siti evdə 5 cavabsız qolla qalib gəldisə, səfərdə qolsuz heç-heçə qeydə alındı. Maraqlıdır ki, İngiltərə klubu Danimarkada qalib gələ bilməyib. Onu da qeyd edək ki, “Aslanlar”ın heyətində Lukas Lerager cəza, Kuma Babakar, David Xoçolava, Teo Sander və Birqer Melinq isə zədə səbəbindən “Mançester Siti” ilə matçı buraxmalı olacaq. “Şəhərlilər”də isə itki yoxdur. Qeyd edək ki, gecə yarısı start götürəcək oyunu Xose Sançes Maria Martines idarə edəcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”