27 iyul 2024. Şənbə

"Bunlar mənim fikrimcə sürpriz ola biləcək oyunçulardır" - Kloze


"Bunlar mənim fikrimcə sürpriz ola biləcək oyunçulardır" - Kloze

"Bavariya"nın və "Latsio"nun sabiq hücumçusu Miroslav Kloze Çempionlar Liqasının 1/8 final mərhələsində Münhenlə ilk oyun öncəsi romalıların heyəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, alman oyunçu İtaliya təmsilçisində sürprizə imza atacaq oyunçuların olduğunu bildirib.

“O vaxt bəzi "Latsio"n oyunçuları (2021-ci ildə - Çempionatdan qeyd) Çempionlar Liqasında ilk mövsümlərini keçirirdilər. İndi onlar bu böyük mərhələnin öhdəsindən daha yaxşı gələ bilərlər. Ümid edirəm ki, Stadio Olimpiko dolu olacaq.Bu ölümcül azarkeşlər sizi irəli apara bilər, mən bunu öz təcrübəmdən bilirəm.

“Latsio”da Çiro İmmobile, Luis Alberto və Felipe Anderson kimi çox maraqlı oyunçular var. Bunlar mənim fikrimcə sürpriz ola biləcək oyunçulardır. Bununla belə, müdafiədə Harri Keyn, Camal Musiala və başqalarına qarşı güclərini toplamalı olacaqlar”, - deyə Kloze X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Kloze 2007-2011-ci illərdə "Bavariya"da çıxış edib. Alman forvard 2011-2016-cı illərdə "Latsio"da çıxış edib. Roma klubu əfsanəvi hücumçunun karyerasında sonuncu olub. Xatırladaq ki, “Latsio” – “Bavariya” arasında ilk oyun çərşənbə günü, fevralın 14-də keçiriləcək. Komandalar Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qarşılaşmanı Fransua Leteksierin (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu