27 iyul 2024. Şənbə

Qvardioladan qələbə şərhi


Qvardioladan qələbə şərhi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində "Kopenhagen"lə oyundan (3:1) sonra təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı əsas vəzifələrinin növbəti mərhələyə çıxmaq şanslarını itirməmək olduğunu bildirib.

“Çox yaxşı oyun keçirdik. Belə tempdə oynamağımız əla idi. Düzgün vaxtlarda səbirli idik. Yenə komandamla fəxr edirəm, amma hələ bitməyib. Üçüncü qol bizə çox kömək etdi və ümid edirəm ki, azarkeşlərimizin önündə işi başa çatdırıb növbəti mərhələyə yüksələcəyik.

Bu gün əsas vəzifə növbəti mərhələyə çıxmaq şanslarını itirməməkdi. Qarşısını almaq mümkün olan qol buraxdıq, amma bəzən belə şeylər olur. Buraxılan qola yaxşı reaksiya verdik və fasiləyə qədər ikinci qolu vurduq. “Bavariya” və “Mançester Yunayted”lə nə baş verdiyini bilirəm. "Kopenhagen"lə matçlar çox çətin və gərgin ola bilər, ona görə də biz belə yüksək temp təyin etdik", - UEFA-nın mətbuat xidməti Qvardiolanın sözlərindən sitat gətirir.







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu