15 avqust 2026. Şənbə

Benzema "Əl-İttihad"ın heyətindən uzaqlaşdırıldı

Kərim Benzema "Əl İttihad"ın  Asiya Çempionlar Liqası üçün heyətindən kənarlaşdırılıb.


Benzema "Əl-İttihad"ın heyətindən uzaqlaşdırıldı

Kərim Benzema "Əl İttihad"ın  Asiya Çempionlar Liqası üçün heyətindən kənarlaşdırılıb.

90deqiqe.Az xəbər verir ki, buna səbəb fransalı hücumçu komandanın baş məşqçisi Marselo Qalardo ilə münaqişə etməsi olub. 

36 yaşlı oyunçu qışda Avropaya gedə bilmədiyi üçün Səudiyyə klubunda qalıb.

Benzema ötən yay azad agent kimi "Əl İttihad"a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu