19 dekabr 2025. Cümə

"Bavariya"nın futbolçusu irqçiliyə məruz qaldı


"Bavariya"nın futbolçusu irqçiliyə məruz qaldı

"Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsində "Latsio" ilə matçda qırmızı vərəqə alan və sosial şəbəkələrdə irqçiliyə məruz qalan fransalı müdafiəçisi Deotşankyul Yupamekanoya dəstək olub.

90deqiqe.Az xəbər verir ki, bununla bağlı Münhen klubu məlumat yayıb.

“Sosial mediada Deotşankyul Yupamekanoya qarşı irqçi şərhlər sadəcə olaraq iyrəncdir. "Bavariya" onları ən sərt şəkildə qınayır. Bu cür şərh yazan klubumuzun azarkeşi deyil.Biz səni dəstəkləyirik, Yupamekano!” – "Bavariya"  "X" sosial şəbəkəsində (keçmiş Twitter) rəsmi hesabında yazıb.

Qeyd edək ki, qalmaqal Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Latsio” – “Bavariya” oyunundan (1:0) sonra baş verib. 67-ci dəqiqədə Münhenin müdafiəçisi Yupamekano Qustav İsaksenə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb. Baş hakim Fransua Leteksier penalti təyin edib və meydan sahiblərinin italiyalı hücumçusu Çiro İmmobile onu qola çevirərək komandasına qələbə qazandırıb.







Çempionlar liqası

UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu