- Çempionlar liqası
- 15:40 31.01.2026
"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "Bavariya"nın hücumçusu Harri Keynin Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Latsio"ya məğlubiyyətindən sonra tənqidlərə münasibət bildirib.(0:1)
90deqiqe.Az-ın məlumatına görə, veteran futbolçu Keyni çətin sınaq gözlədiyini bildirib.
“Keyn xarakter və mentalitet baxımından ciddi sınaq qarşısındadır. “Bavariya”da media təzyiqi və gözləntiləri tamamilə fərqli səviyyədədir.. “Mançester Yunayted”də vəziyyətin necə olduğunu xatırlayıram, hər bir oyunçu bu təzyiqi hiss edirdi və heç də hamı bunun öhdəsindən yaxşı gələ bilmirdi. Əminəm ki, Keyni çətin sınaqların üstəsindən gələcək”, – BBC Ferdinandın sözlərindən sitat gətirir.
Bu mövsüm "Bavariya"nın forvardı bütün turnirlərdə 29 oyun keçirib, 28 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 110 milyon avrodur.