- Çempionlar liqası
- 17:38 06.02.2025
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, UEFA bu ada 4 iddiaçı seçib.
Qitə futbol qurumu 1/8 final mərhələsinin ilk oyunlarının ən yaxşısı olmaq üçün bu oyunçuların namizədliyini təqdim edib:
Brahim Diaz ("Real"), Matteo Quendouzi ("Latsio"), Kilian Mbappe (PSJ) və Kevin De Bruyne ("Mançester Siti")
Diaz “Leypsiq”lə oyunda qələbə qolunu, Mbappe “Sosyedad”a, De Bruyne “Kopenhagen”ə 1+1, Quendouzi isə “Bavariya”ya qarşı bütün oyunu keçirib.
Ümumilikdə bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin dörd oyunu keçirilib: "Real" - “Leypsiq" (1:0),"Mançester Siti" - “Kopenhagen” (3:1), PSJ - “Real Sosyedad” (2:0), “Latsio” – “Bavariya” (1:0).
Gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci dörd oyunu keçiriləcək: "İnter" - "Atletiko Madrid", PSV - "Borussiya", "Porto" - "Arsenal" və "Napoli" - "Barselona".
Qalib UEFA-nın rəsmi saytında aparılan səsvermə ilə bilinəcək.