15 avqust 2026. Şənbə

“Bavariya” 2011-ci ildən sonra ilk dəfə ÇL-da İtaliya klubuna uduzub


“Bavariya” 2011-ci ildən sonra ilk dəfə ÇL-da İtaliya klubuna uduzub

Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Latsio” doğma meydanda “Bavariya”ya qalib gəlib. (0:1)

90deqiqe.Az-ın məlumatına görə, Münhen klubu bununla da 2011-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında İtaliya klubuna uduzub.

Daha əvvəl Bundesliqa klubu evdə 1/8 finalda "İnter"ə məğlub olmuşdu - 2:3.

“Latsio” ilə cavab oyunu martın 5-də “Allianz Arena”da keçiriləcək.

Xatırladaq ki, “Bavariya” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə yüksələrək “Kopenhagen”, “Mançester Yunayted” və “Qalatasaray”la qrupun ən güclüsü olub. “Latsio” da öz növbəsində “Atletiko”, “Feyenoord” və “Seltik”lə dördlüyü tərk edib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu